Şosse velosipedi üzrə Azərbaycan kubokunun 2-ci mərhələsi keçirildi - FOTO

Şosse velosipedi üzrə Azərbaycan kubokunun 2-ci mərhələsi keçirildi - FOTO

Hazırda oxunan: Şosse velosipedi üzrə Azərbaycan kubokunun 2-ci mərhələsi keçirildi - FOTO

128567

Aprelin 2-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan Kubokunun II mərhələsi keçirilib. 

Bizim.Media xəbər verir ki, Bakıda yerləşən “Dreamland” Qolf Klubun yaxınlığında baş tutan yarışda idmançılar fərdi ötüşmə növündə mübarizə aparıblar.

Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar 15 km, yeniyetmə oğlanlar və qadınlar isə 10 km məsafə qət ediblər.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda ümumilikdə 43 velosipedçi medallar uğrunda mübarizə aparıblar.

Elit/U23 yaş kateqoriyasında kişilər arasında Elçin Əsədov (Sakarya BB Pro Team, 19:22.38) hamıdan yaxşı nəticə göstərərək birinci, Samir Cəbrayılov (MSN, 19:23.40) ikinci, Kamran Mirzəxanov (Sərhədçi, 20:33.20) üçüncü yerə layiq görülüblər.

Gənc oğlanların yarışında Tural İsrafilov (ROEQİUGVM, 19:59.29) bütün rəqiblərindən sürətli olub. Ömər Musayev (ROEQİUGVM, 20:48.11) ikinci, Hüseyn Nərimanov (ROEQİUGVM, 22:16.34) üçüncü yerlə kifayətləniblər.

Yeniyetmə oğlanların mübarizəsində Ravi Rzayev (ROEQİUGVM, 15:21.83) qızıl, Turqut Qurbanlı (ROEQİUGVM, 16:29.63) gümüş, Artyom Proskuryakov (Təhsil RİM, 16:50.26) bürünc medal qazanıblar.

Qadınlar arasında isə Lalə Əbdürəhmanova (ROEQİUGVM, 17:28.75) hamını qabaqlayaraq birinci olub. Məryəm Əfqanzadə (ROEQİUGVM, 17:38.60) ikinci, Diana Sidorenko (ROEQİUGVM, 18:19.30) üçüncü yerdə qərarlaşıblar.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO