Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

Hazırda oxunan: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

128492

Azərbaycanın daha dörd cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə bu gün mübarizəyə başlayacaq.

Bizim.Media xəbər verir ki, son olaraq 90 kq çəki dərəcəsindəki Məmmədəli Mehdiyev 1/16 final mərhələsində İvaylo İvanov (Bolqarıstan) / Paul Kibikay (Qabon) cütünün qalibi ilə üz-üzə gələcək.

Eyni çəkidəki Murad Fətiyev 1/32 finalda Li Namhunun (Cənubi Koreya) müqavimətini qırmağa çalışacaq.

100 kq-dan yuxarı çəkidəki idmançılardan Uşangi Kokauri 1/16 finalda Yevgeni Balyevski (Ukrayna) / Qalimjan Krikbay (Qazaxıstan) duelinin güclüsü ilə görüşəcək. Eyni çəkidəki Camal Qamzatxanov 1/32 finalda Şoxrux Mamarasulovla (Özbəkistan) qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Səid Mollayi (81 kq) gümüş, Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO