Yüksək Liqa: NTD vahid lider oldu - FOTO 

Yüksək Liqa: NTD vahid lider oldu - FOTO 

Hazırda oxunan: Yüksək Liqa: NTD vahid lider oldu - FOTO 

128471

Azərbaycan Basketbol Liqasının (ABL) 23-cü turunun iki oyunu baş tutub.  

Bizim.Media xəbər verir ki, günün ilk oyununda NTD komandası, region təmsilçisi "Olimpik Şəki" ilə üz-üzə gəlib.  

"NTD basketbolçuları bu oyunda 102-71 hesablı rahat qələbə qazanaraq, çempionatın vahid lideri olublar.  

Ən məhsuldar basketbolçular: NTD BK (Brayson Robinson - 24 xal, 7 asist ), "Olimpik Şəki BK" ( Larri Robinson - 21 xal, 6 asist ).  

Günün ikinci oyunu "Neftçi" və "Sərhədçi" basketbolçuları arasında keçirilib. Bu görüşdə 89-77 hesablı qələbə qazanan "Neftçi", rəqibinin play-off şanslarını azaldıb.  

Ən məhsuldar basketbolçular: "Neftçi BK" ( Yuriy Kondrakov - 22 xal, 11 ribaund, 11 asist ), "Sərhədçi PİK" ( Maksvel Starvud - 24 xal, 3 ribaund ).  

Qeyd edək ki, 23-ci tura "Gəncə BK" - "Zirvə Astara BK" oyunu ilə yekun vurulacaq.

 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO