“Zirə”-“Neftçi” matçında bərabərlik – VİDEO 

“Zirə”-“Neftçi” matçında bərabərlik – VİDEO 

Hazırda oxunan: “Zirə”-“Neftçi” matçında bərabərlik – VİDEO 

128458

 Misli Premyer Liqasında XXVIII turun oyunları keçirilir.  

Bizim.Media xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.  

Günün sonuncu oyununda “Zirə” və “Neftçi” komandaları üz-üzə gəlib. Qarşılaşmada hesabı qonaqlar açıblar. Amma fasilədən sonra meydan sahibləri buraxılan qolun əvəzini çıxıblar.

Beləcə, tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.  

Xatırladaq ki, ilk oyun günündə “Turan Tovuz” evdə “Sumqayıt”a 2:3 hesabı ilə uduzub. Bu gün baş tutan “Kəpəz” – Səbail” matçında isə meydan sahibləri yeganə qola sevinib.  

Tura sabah keçiriləcək “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” oyunları ilə yekun vurulacaq. 

Misli Premyer Liqası XXVIII tur 1 aprel  

“Zirə” – “Neftçi” 1:1  

Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Cəmil Quliyev, Emin Əliyev.  

Zirə İdman Kompleksinin stadionu, 19:30.  

Qol: Kenni Sayef, 70-öz qapısına – Kilan Lebon, 12 (0:1). 
 


 
Rəşad Rafiqoğlu, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO