İdmançılarımız ötən ay nə qədər medal qazanıb? - Nazir AÇIQLADI 

İdmançılarımız ötən ay nə qədər medal qazanıb? - Nazir AÇIQLADI 

Hazırda oxunan: İdmançılarımız ötən ay nə qədər medal qazanıb? - Nazir AÇIQLADI 

128437

Azərbaycan idmançıları ötən ay beynəlxalq turnirlərdə 70-dək medal qazanıblar.

Bizim.Media xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov mart ayı ilə bağlı qurumun rəsmi saytındakı qeydində bildirib.  

Nazir yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, idman gimnastikası, akrobatika gimnastikası, güllə atıcılığı, taekvondo, cüdo, paracüdo, boks, stolüstü tennis, karate, para-karate və digər idman növlərində uğurların olduğunu vurğulayıb.  
Fərid Qayıbov 23 yaşadək sərbəst güləş üzrə Azərbaycan millisinin ardıcıl ikinci dəfə Avropa çempionu olduğunu xatırladıb: “3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan yığmamızın 140 xalla titulunu qoruması bu idman növündə sabaha nikbin baxmağa əsas verir”. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO