UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, hər iki qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb.
İspaniya La Liqasının lideri "Atletiko" pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə oynanılan görüşdə İngiltərənin "Çelsi" komandasına 0:1 hesabı ilə uduzub. Yeganə qolu 82-ci dəqiqədə Olivye Jiru vurub.
İtaliya "Latsio"su isə öz meydanında turnirin son qalibi Almaniya "Bavariya"sına 1:4 hesabı ilə məğlub olub. Oyunda hesabı 9-cu dəqiqədə qonaqların hücumçusu Robert Levandovski açıb.
23-cü dəqiqədə Camal Musiala, 42-ci dəqiqədə isə Leroy Sane rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib. İlk hissə bu hesabla bitib. Münhen təmsilçisi ikinci yarıya da erkən qolla başlayıb.
47-ci dəqiqədə Roma klubunun futbolçusu Françesko Açerbi topu öz qapısından keçirib. 2 dəqiqə sonra "Latsio" fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.
Komandalar arasında cavab görüşləri martın 18-də keçiriləcək.
Qeyd edək ki, 1/8 finalın əvvəlki görüşlərində Fransa PSJ-si İspaniyanın "Barselona" komandasına 4:1, İngiltərə "Liverpul"u Almaniyanın "Leyptsiq" kollektivinə 2:0, Portuqaliya "Portu"su İtaliya "Yuventus"una 2:1, Almaniyanın "Borussiya" (Dortmund) klubu isə İspaniya "Sevilya"sına 3:2 hesabı ilə qalib gəlib. Mərhələnin digər iki oyunu bu gün keçiriləcək.
İspaniya "Real Madrid"i İtaliyada "Atalanta" ilə, İngiltərənin "Mançester Siti" komandası isə Macarıstanın paytaxtı Budapeştdə Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
08:59 / 24.02.2021
"Atletiko" "Çelsi"yə uduzdu, "Bavariya"dan inamlı qələbə
Hazırda oxunan: "Atletiko" "Çelsi"yə uduzdu, "Bavariya"dan inamlı qələbə
Hazırda oxunan: "Atletiko" "Çelsi"yə uduzdu, "Bavariya"dan inamlı qələbə
12836
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.