Teymur Rəcəbov: Ronaldo tarixi şəxsiyyətdir 

Teymur Rəcəbov: Ronaldo tarixi şəxsiyyətdir 

Hazırda oxunan: Teymur Rəcəbov: Ronaldo tarixi şəxsiyyətdir 

128291

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov portuqaliyalı futbolçu Kriştianu Ronaldonun pərəstişkarı olmasından danışıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Rəcəbov “championat.com” saytına müsahibəsi zamanı bildirib. 

T.Rəcəbov deyib: “Mən Ronaldonun pərəstişkarıyam. Bir məqalə oxumuşdum, Kriştianu ilə görüşən model biznesindən olan qız futbolçunun öz bədəninə necə qulluq etməsindən, hər uçuşdan sonra buzlu vanna qəbul etməsindən və “Real” komandasında məşqə hamıdan əvvəl gəlməsindən və s. danışırdı.
O, super peşəkardır. O, öz idman növündə tamamilə qazandığı titullara layiq olan tarixi şəxsiyyətdir. Yüz minlərlə insan ondan nümunə götürür. Ronaldo nəyə nail olmağa örnək göstərib. 

Elə təsəvvür var ki, Kriştianu Ronaldonun karyerası heç də gözlənildiyi kimi başa çatmır. O, çox şeyə nail olub, lakin dünya çempionatını udmağa... Futbol – komanda oyunudur. Qətərdə Argentina yığması əla oynadı. Lakin çox şey bəxtin gətirməsindən də asılıdır.

Əgər fransızlar son saniyələrdə 100 faizlik fürsət reallaşdırsaydılar, o halda biz indi deyərdik ki, Messi artıq heç vaxt dünya çempionu titulunu qazanmayacaq. Bu titulu isə Ronaldo qazana bilmir. Lakin o, idman həyatını möhtəşəm yaşayıb”. 

“Obyektiv olaraq, Messi tarixdə ən böyükdür. Dünya çempionatındakı qələbədən sonra bunda şübhə yoxdur. 2022-ci il dünya çempionatına qədər mən Kriştianuya üstünlük verirdim. Lakin finalda qələbədən sonra Messi hamıya hər şeyi sübut etdi”, - deyə Rəcəbov “Çempionat” saytının müxbiri Andrey Şitixinə eksklüziv müsahibəsində bildirib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO