Kliçkodan Rusiya boksçularının olimpiadaya buraxılması ilə bağlı ETİRAZ

Kliçkodan Rusiya boksçularının olimpiadaya buraxılması ilə bağlı ETİRAZ

Hazırda oxunan: Kliçkodan Rusiya boksçularının olimpiadaya buraxılması ilə bağlı ETİRAZ

128048

Rusiya idmançılarının müəyyən şərtlər daxilində Paris Olimpiadasına buraxılma ehtimalının yüksək olması daha çox Ukrayna idman ictimaiyyətini narahat edir.  

Bizim.Media xəbər verir ki, bu ölkənin idman tarixinə adını qızıl hərflərlə yazdıran Vladimir Kliçko da BOK-un prezidenti Tomas Baxın son açıqlamalarından narahat olduğunu bildirib:  

“BOK Rusiya və Belarus idmançılarına neytral bayraq altında iştiraka icazə verir. Amma bu saxta bayraqdan başqa bir şey deyil. İndiki məqamda Tomas Bax Rusiyanın rənglərinə və maraqlarına xidmət edir. Bu isə olimpiya ruhunu çirkləndirir”. 
Maraqlıdır ki, BOK-un tələbləri Rusiya idman ictimaiyyətini də qane etmir. Bu ölkədən olan boks üzrə sabiq dünya çempionu Konstantin Tsyu da proseslərin gedişindən razı qalmayıb:  

“Mən olimpiadada iştirak etmək istəyən idmançıları yaxşı başa düşürəm, amma onlar gərək öz ölkələrini təmsil etsinlər. Olimpiadanın keçirilməsinin qayəsi də idmançının öz ölkəsi adına mübarizə aparmasıdır.

Biz elə etməliyik ki, BOK idmançılarımıza Rusiya bayrağı altında yarışmağa imkan versin. Təəssüf ki, indi onlar siyasəti idmana gətiriblər. Biz əvvəllər bunun şahidi olmamışıq. İdmanla siyasət bir yerdə addımlaya bilməz. Mütləq öz istəyimizə nail olmalıyıq”. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO