Şəhriyar Məmmədyarov Daşkənd turnirində mübarizəyə başladı

Şəhriyar Məmmədyarov Daşkənd turnirində mübarizəyə başladı

Hazırda oxunan: Şəhriyar Məmmədyarov Daşkənd turnirində mübarizəyə başladı

127853

Daşkənddə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə Rüstəm Kasımcanovun kuboku start götürüb.

Bizim.Media xəbər verir ki, sürətli formatda keçirilən turnirin ilk günündə iştirakçılar beş oyun keçiriblər. 

Şəhriyar ilk mərhələdə olimpiya çempionu Cahongir Vahidova qalib gəlib, daha sonra Özbəkistan yığmasının heyətində digər olimpiya çempionu Cavoxir Sindarova uduzub.

Üçüncü turda Aleksandr Qrişukla (Rusiya) heç-heçə edən Şəhriyar daha sonra ev sahibi ölkənin digər təmsilçisi Nodirbek Yakubboyevə qalib gəlib. Məmmədyarov günün son turunda Özbəkistan millisinin lideri Nodirbek Abdusattorova uduzub. 
Beləliklə, beş turdan sonra 2.5 xal toplayan Şəhriyar 6-cı pillədə qərarlaşıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO