"Barselona" Fatinin gələcəyini müzakirə etdi

Hazırda oxunan: "Barselona" Fatinin gələcəyini müzakirə etdi

127532

"Barselona"nın rəsmiləri Mateu Alemani və Yordi Kruiff  futbolçu Ansu Fatinin atası ilə görüşərək ispan hücumçunun gələcəyini müzakirə ediblər. 

Bizim.Media xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.  

Funksionerlər klubun futbolçunu satmaq istəyi ilə bağlı yayılan xəbərləri təkzib edərək, Fatininin atasını sakitləşdirməyə çalışıblar. Ansunun performansı son vaxtlar, o cümlədən zədələr səbəbindən gözləntiləri doğrultmur, lakin klub onu layihənin gələcəyində əsas fiqur kimi görməkdə davam edir. 

Qeyd edək ki, Fati 2019-cu ildən "Barselona"nın əsas komandasının üzvüdür.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO