Türkiyənin “Sakarya BB Pro Team” velosiped klubunun tərkibində çıxış edən Azərbaycan milli komandasının kapitanı Elçin Əsədov martın 26-da Alanyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 1.2 kateqoriyalı "Syedra Ancient City" yarışında mübarizə aparıb.
Bizim.Media xəbər verir ki, 11 komandanın tərkibində 61 velosipedçinin iştirak etdiyi birgünlük yarışda idmançılar şose velosipedinin qrup ötüşməsi növü üzrə güclərini sınayıblar.
Alanyadan start götürən idmançılar 149 km məsafə qət edərək Syedrada finişə çatıblar.
E.Əsədov yarışda əzmlə mübarizə apararaq finiş xəttini 9-cu sırada keçib. O, yarışın liderindən 4 dəqiqə 4 saniyə geri qalıb (03:46:15).
İdmançımız bu nəticə ilə aktivinə 3 UCI xalı yazdırıb. “Sakarya BB Pro Team” klubunun tərkibində yarışan Azərbaycan milli komandasının digər üzvü Əli Qurbanov isə 33-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, veloturun qalibi yunanıstanlı velosipedçi Polychronis Tzortzakıs olub (03:42:11).
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
10:38 / 27.03.2023
Velosipedçimiz beynəlxalq yarışda ilk 10-luğa düşdü - FOTO
Hazırda oxunan: Velosipedçimiz beynəlxalq yarışda ilk 10-luğa düşdü - FOTO
Hazırda oxunan: Velosipedçimiz beynəlxalq yarışda ilk 10-luğa düşdü - FOTO
127377
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.