AVRO-2024: Qazaxıstan Danimarkaya, İngiltərə Ukraynaya qalib gəldi

AVRO-2024: Qazaxıstan Danimarkaya, İngiltərə Ukraynaya qalib gəldi

Hazırda oxunan: AVRO-2024: Qazaxıstan Danimarkaya, İngiltərə Ukraynaya qalib gəldi

127340

AVRO-2024-ün seçmə mərhələsində II tura start verilib.

Bizim.Media xəbər verir ki, 3 qrupda bu günə nəzərdə tutulan 8 qarşılaşmadan 4-ü artıq başa çatıb.

C qrupunda İngiltərə millisi evdə Ukraynaya qalib gəlib. H qrupunda Qazaxıstan Danimarka ilə görüşdə möhtəşəm geridönüş edərək, 3:2 hesablı qələbə qazanıb. Bu qrupun digər matçında Sloveniya San Marinonu məğlub edib.

J qrupunda isə İslandiya səfərdə Lixtenşteynin qapısından 7 cavabsız top keçirib.

AVRO-2024, seçmə mərhələ
II tur
26 mart

C qrupu

20:00. İngiltərə - Ukrayna - 2:0
Qollar: Harri Keyn, 37. Bukayo Saka, 40

22:45. Malta - İtaliya

Xal durumu: İngiltərə - 6 (2 oyuna), Şimali Makedoniya - 3, Malta - 0, İtaliya - 0, Ukrayna - 0

H qrupu

17:00. Qazaxıstan - Danimarka - 3:2
Qollar: Baxtiyor Zaynutdinov, 73. Asxat Taqıbergen, 86. Abat Aymbetov, 89 - Rasmus Hoylund, 21; 35

Qırmızı vərəqə: Abat Aymbetov, 90+6 (Qazaxıstan)

20:00. Sloveniya - San Marino - 2:0
Qollar: Benyamin Şeşko, 56. Roberto Di Mayo, 60 (avtoqol)

22:45. Şimali İrlandiya - Finlandiya

Xal durumu: Sloveniya - 3 (2 oyuna), Qazaxıstan - 3 (2 oyuna), Şimali İrlandiya - 3, Danimarka - 3 (2 oyuna), Finlandiya - 0, San Marino - 0 (2 oyuna)

J qrupu

20:00. Lixtenşteyn - İslandiya - 0:7

Qollar: David Oulavsson, 3. Arnar Haraldsson, 38. Aron Qunnarsson, 48; 68; 73 (penalti). Andri Qudyonsen, 85. Mikael Ellertsson, 87

22:45. Slovakiya - Bosniya və Herseqovina

22:45. Lüksemburq - Portuqaliya

Xal durumu: Bosniya və Herseqovina - 3, Portuqaliya - 3, İslandiya - 3 (2 oyuna), Slovakiya - 1, Lüksemburq - 1, Lixtenşteyn - 0 (2 oyuna).

Qeyd edək ki, gecənin digər 4 oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO