Bu gün diqqətlər Bakı Olimpiya Stadionuna yönələcək - Xeyriyyə matçı 

Bu gün diqqətlər Bakı Olimpiya Stadionuna yönələcək - Xeyriyyə matçı 

Hazırda oxunan: Bu gün diqqətlər Bakı Olimpiya Stadionuna yönələcək - Xeyriyyə matçı 

127268

Bu gün Bakıda Ağdamın "Qarabağ" və İstanbulun "Qalatasaray" komandaları arasında xeyriyyə matçı keçiriləcək.

Bizim.Media xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.
 

MÖVZU İLƏ BAĞLI:

“Qalatasaray” Bakıya gəldi - Bu gün "Qarabağ"la oynayacaq - FOTO/VİDEO


Oyunu FIFA referisi Əliyar Ağayev idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər.

Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. VAR hakimləri isə Cavid Cəlilov və Müslüm Əliyev olacaqlar.

Görüşdən əldə olunacaq gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO