Bu gün Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Böyük Dəbilqə turnirinə yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin 2 üzvü mübarizə aparacaq.
90 kq-da çıxış edən Vüqar Talıbov Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Aram Qriqoryanla, 100 kq-dan yuxarı çəkidə yer alan Camal Qamzatxanov isə İqnas Meçajus (Litva) / İrakli Demetraşvili (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Böyük Dəbilqə
90 kq
1/16 final: Vüqar Talıbov - Aram Qriqoryan (BƏƏ)
+100 kq
1/8 final: Camal Qamzatxanov - İqnas Meçajus (Litva) / İrakli Demetraşvili (Gürcüstan) cütünün qalibi
Qeyd edək ki, hələlik Azərbaycan yığmasının aktivində iki medal var.
Kişilərdən Turan Bayramov (60 kq) turnirin qalibi, qızlardan isə Gültac Məmmədəliyeva (52 kq) 3-cü olub.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:50 / 26.03.2023
Böyük Dəbilqə: Azərbaycanın 2 cüdoçusu mübarizə aparacaq
Hazırda oxunan: Böyük Dəbilqə: Azərbaycanın 2 cüdoçusu mübarizə aparacaq
Hazırda oxunan: Böyük Dəbilqə: Azərbaycanın 2 cüdoçusu mübarizə aparacaq
127252
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.