Basketbol üzrə Azərbaycan kubokunda yarımfinal oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, ilk yarımfinal oyununda "Gəncə" və "Neftçi" komandaları üz-üzə gəlib. Yerli oyunçularının dominant oyunu sayəsində "Gəncə" komandası rəqibi üzərində 83-73 hesablı qələbə qazanaraq ilk finalçı olub.
Ən məhsuldar basketbolçular: "Gəncə BK" (Amil Həmzəyev - 26 xal, 6 ribaund), "Neftçi İK" (Yuriy Kondrakov - 18 xal, 10 ribaund). İkinci yarımfinal qarşılaşması "NTD" və "AAAF Xırdalan" komandaları arasında baş tutub.
Gərgin mübarizə şəratində davam edən oyunun sonunda "NTD" basketbolçuları 91-84 hesablı qələbə qazanaraq adlarını finala yazdırıb.
Ən məhsuldar basketbolçular: "NTD BK" (Londel Kinq - 25 xal, 15 ribaund), "AAAF Xırdalan BK" (Devin Pullum - 23 xal, 5 asist). Beləliklə kubokunda final görüşündə “Gəncə” və “NTD” klubları üz-üzə gələcək.
Rəşad Rafiqoğlu, Bizim.Media