Qurbanov “Qalatasaray”la keçiriləcək oyundan DANIŞDI

Qurbanov “Qalatasaray”la keçiriləcək oyundan DANIŞDI

Hazırda oxunan: Qurbanov “Qalatasaray”la keçiriləcək oyundan DANIŞDI

127199

"Stadionda çox gözəl ab-hava gördüm. Hiss olunur ki, dostluq, qardaşlıq oyununa hazırlaşırıq. Təşkilatçılara təşəkkür edirəm".

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qalatasaray"la keçirəcəkləri xeyriyyə oyunundan öncə təşkil olunmuş brifinqdə deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Qurban Qurbanov “Qalatasaray”a qarşı 12 futbolçu ilə hansı taktikanı quracaq? - DETALLAR


Mütəxəssis görüşün xoş təəssüratlarla başa çatmasını istədiyini deyib:

"Bilirik ki, Bakıda "Qalatasaray" azarkeşləri çoxdur. Bütün azarkeşlər üçün maraqlı oyun olacaq. Sabah tamaşaçılar üçün yaxşı oyun göstərməyə çalışacağıq. İstəyirik ki, onlar futboldan zövq alsınlar. Bu, çox önəmli matçdır.

Ən vacibi odur ki, Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara dəstək olmaq üçün bu görüş təşkil olunub. Çox istəyirəm ki, görüş xoş təəssüratlarla başa çatsın. Klub, ölkə olaraq Türkiyəyə nə dəstək lazımdırsa, biz etməyə hazırıq. Allah Türkiyə xalqına səbir versin".

"Bizim üçün rotasiyalıq bir şey yoxdur. Oyunçularımızın sayı azdır. Əlimizdə olan futbolçularla oyunu başa vurmağa çalışacağıq.

4 futbolçu dəvət etmişik, keçmiş "Qarabağ"lıları. Qapıçı Anar Nəzirov bizimlə olacaq. Donald Gerye, Rauf Hüseynli və Nihad Quliyev bizə tanış futbolçulardır" - deyə Qurbanov əlavə edib.

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq. Görüşün bilet satışından əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO