“Qarabağ” “Zirə” və “Şamaxı”dan futbolçular götürdü – “Qalatasaray”la oyun üçün  

“Qarabağ” “Zirə” və “Şamaxı”dan futbolçular götürdü – “Qalatasaray”la oyun üçün  

Hazırda oxunan: “Qarabağ” “Zirə” və “Şamaxı”dan futbolçular götürdü – “Qalatasaray”la oyun üçün  

127069

“Qarabağ”ın 10 futbolçusu milli komandalara dəvət aldığından “Qalatasaray”la keçiriləcək xeyriyyə matçı üçün Ağdam təmsilçisinə “Zirə” və “Şamaxı”dan 4 futbolçu cəlb olunub.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.  
 

MÖVZU İLƏ BAĞLI:

"Qarabağ" - "Qalatasaray" oyunu ilə əlaqədar iki ekspres marşrut təşkil edilib


Onun sözlərinə görə, “Zirə”dən qapıçı Anar Nəzirov və haitili müdafiəçi Donald Gerye, “Şamaxı”dan isə müdafiəçilər – Rauf Hüseynli ilə Nihad Quliyev komandaya cəlb olunub.

Qeyd edək ki, martın 26-sı Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.

Görüşün bilet satışından əldə olunan gəlir Türkiyədə baş verən güclü zəlzələdən zərər çəkənlərə göndəriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO