Boksçumuz dünya çempionatını bürünc medalla başa vurdu

Boksçumuz dünya çempionatını bürünc medalla başa vurdu

Hazırda oxunan: Boksçumuz dünya çempionatını bürünc medalla başa vurdu

127006

Qadın boksçular arasında Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında yarımfinal mərhələsi yekunlaşıb. 

Bizim.Media xəbər verir ki, bu mərhələdə Azərbaycan millisinin boksçusu Aynur Rzayeva da rinqə çıxıb.

+81 kq çəkidə çıxış edən yığma üzvü qazaxıstanlı Lazzat Kunqeybayeva ilə üz-üzə gəlib.

Görüşdə rəqib qələbə qazandığından finala yüksəlib. Rzayeva isə mundialı bürünc medalla başa vurub.
Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan dünya çempionatının final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100 min, finalçısı 50 min, bürünc medalçısı 25 min dollar qazanacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO