Azərbaycan millisinin cüdoçularının Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək “Böyük Dəbilqə” turnirindəki ilk rəqibləri müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu gün yarışın püşkatma mərasimi təşkil olunub.
MÖVZU İLƏ BAĞLI:
“Böyük dəbilqə” üçün millimizin HEYƏTİ
Martın 24-26-sı aralığında baş tutacaq “Böyük Dəbilqə”də Azərbaycan millisi 13 cüdoçu ilə təmsil olunacaq.
Kişilər
60 kq
1/16 final: Kəramət Hüseynov - Dilşod Xalmatov (Ukrayna)
1/16 final: Turan Bayramov - Aybek Omirov (Türkmənistan)
66 kq
1/32 final: Kamran Süleymanov – Quram Dzavaşvili (BƏƏ)
73 kq
1/32 final: Rəşid Məmmədəliyev - Mixeili Baxbaxaşvili (Gürcüstan)
1/32 final: Nəriman Mirzəyev - Eduardo Mella (İtaliya)
81 kq
1/16 final: Rüstəm Orucov - Zaur Dvalaşvili (Gürcüstan)
1/16 final: Elcan Hacıyev - Anri Equtidze (Portuqaliya)
90 kq
1/16 final: Vüqar Talıbov - Aram Qriqoryan (BƏƏ)
+100 kq
1/8 final: Camal Qamzatxanov - İqnas Meçajus (Litva) / İrakli Demetraşvili (Gürcüstan) cütünün qalibi
Qadınlar
48 kq
1/16 final: Leyla Əliyeva - Venna Juanq (Çin)
52 kq
1/16 final: Gültac Məmmədəliyeva - Yasmim Lima (Braziliya)
1/16 final: Aydan Vəliyeva - Naomi Van Krevel (Niderland)
57 kq
1/16 final: Fidan Əlizadə - Paulin Stark (Almaniya).
Bizim.Media