Stolüstü tennisçilərimiz Türkiyədə daha bir medal qazandı

Stolüstü tennisçilərimiz Türkiyədə daha bir medal qazandı

Hazırda oxunan: Stolüstü tennisçilərimiz Türkiyədə daha bir medal qazandı

126887

Stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Dünya Stolüstü Tennis Təşkilatının (WTT) Türkiyənin Antalya şəhərində təşkil etdiyi "WTT YOUTH CONTENDER" yarışının qarışıq-qoşa turnirində bürünc medala layiq görülüblər.

Bizim.Media xəbər verir ki, 1/8 finalda Türkiyəni təmsil edən Nehir Çinar – Çelik Yağız cütünə qalib gələn idmançılarımız ardınca türkiyəli Elif Akyürek – Ahmed Gülenler tandemini də mübarizədən kənarlaşdırıblar. 

Yarımfinalda Görkem Ocal – Busra Demir cütünə uduzan stolüstü tennisçilərimiz fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar. 

Xatırladaq ki, yarışın ilk günlərində Yağmur Məmmədli şəxsi mübarizədə yarışın gümüş, Mərziyyə Nurmətova isə bürünc mükafatını qazanıb. 20 ölkənin idmançılarının qatıldığı turnirə martın 25-də yekun vurulacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO