Millimiz Qazaxıstana qalib gəldi

Millimiz Qazaxıstana qalib gəldi

Hazırda oxunan: Millimiz Qazaxıstana qalib gəldi

126795

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirib. 

Bizim.Media xəbər verir ki, millimiz Bosniya və Herseqovinada keçirilən oyunda Qazaxıstan yığması ilə qarşılaşıb.

Azərbaycan yığması 2:0 hesablı qələbəyə sevinib. Yığmamızın yer aldığı qrupun digər oyununda Bosniya və Herseqovina yığması Monteneqro ilə üz-üzə gəlib və 4:2 hesablı qələbəyə sevinib.

AÇ-2023-ün seçmə mərhələsi

B2 qrupu

22 mart

Azərbaycan – Qazaxıstan 2:0

Qol: Ayşən Salamzadə, 17-pen. Aydan Həsənova, 80.

Baş hakim: Viki De Kremer (Belçika).

Baş hakimin köməkçiləri: Marqot Yakobs (Belçika), Merima Tanoviç (Bosniya və Herseqovina).

Dördüncü hakim: Almasa Hodziç (Bosniya və Herseqovina).

Saat 17:00. “Novi Qradski” stadionu (Uqlyevik).

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO