Aerobika gimnastikası üzrə Azərbaycan yığması Portuqaliyanın Kantanhede şəhərində keçiriləcək dünya kuboku və beynəlxalq turnirə qatılmaq üçün yola düşüb.
Bizim.Media xəbər verir ki, Vladimir Dolmatov və Mədinə Mustafayeva dünya kubokunda qüvvələrini sınayacaqlar.
Martın 24-26-sı aralığında baş tutacaq yarışda idmançılar həm fərdi, həm də qarışıq cütlük proqramında çıxış edəcəklər.
Qadın gimnastlar isə martın 22-dən 26-dək eyni şəhərdə baş tutacaq beynəlxalq turnirə qatılacaqlar.
Aylin Quliyeva və Məryəm Topçubaşova yeniyetmələr arasında fərdi növdə, Dilarə Qurbanova, Sara Əlixanlı, Sənəm Kazımova gənclər arasında üçlük proqramında, Dilarə Qurbanova, Sara Əlixanlı gənclər arasında fərdi proqramda mübarizə aparacaqlar. Hər iki yarışda milliyə Marian Kolev rəhbərlik edəcək.
Tünzalə Daşdəmirova isə beynəlxalq turnirdə hakim qismində Azərbaycanı təmsil edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
01:00 / 22.03.2023
Gimnastlarımız Portuqaliyaya yollanır
Hazırda oxunan: Gimnastlarımız Portuqaliyaya yollanır
Hazırda oxunan: Gimnastlarımız Portuqaliyaya yollanır
126702
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.