Mart 21-də “Sərhədçi” İdman Mərkəzində, 2022/23 mövsümü üzrə Azərbaycan Kubokunun qrup oyunları baş tutub.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki qrup üzrə dörd qarşılaşma oynanılıb.
Açılış oyunu, A qrupunda qərarlaşmış "Sabah" və "Gəncə" komandaları arasında keçirilib. "Gəncə" 97-59 hesabı ilə rəqibini məğlub edib. Ən məhsuldar basketbolçular: "Sabah BK" (Udun Osaku - 15 xal, 3 ribaund ), "Gəncə BK" ( Əkbər Məmmədov - 27 xal, 18 ribaund ).
Digər üç oyunda bu nəticələr qeydə alınıb.
B qrupu: "NTD" - "Olimpik Şəki" (94-83) Ən məhsuldar basketbolçular: "NTD BK" ( Zak Hadson - 18 xal, 11 ribaund ), "Olimpik Şəki BK" ( Larri Robinson - 24 xal, 8 asist )
A qrupu: "AAAF Xırdalan" - "Sərhədçi" (86-69) Ən məhsuldar basketbolçular: "AAAF Xırdalan BK" (Deymon Makdouel - 19 xal, 6 ribaund ), "Sərhədçi PİK" (Brendon Miller - 20 xal, 5 ribaund)
B qrupu: "Zirvə Astara" - "Neftçi" (76-93) Ən məhsuldar basketbolçular : "Zirvə Astara BK" (Derin Conson - 27 xal, 6 asist ), "Neftçi İK" (Davit Lomidze - 24 xal).
Rəşad Rafiqoğlu, Bizim.Media