“Suqovuşanın azad olunmasına görə” 2 general təltif edildi

“Suqovuşanın azad olunmasına görə” 2 general təltif edildi

Hazırda oxunan: “Suqovuşanın azad olunmasına görə” 2 general təltif edildi

126664
Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

 

 

Sfera.az xəbər verir ki, siyahıda cəmi iki generalın adı var. Onlar general-mayor Əliverdiyev Vüqar Əfqan oğlu və Həsənov Hikmət Hüseyn oğludur.


 

Qeyd edək ki, Hikmət Həsənov 1-ci Ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənov bundan əvvəl həm "Füzulinin azad olunmasına görə”, həm də "Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub. 45 yaşlı general-mayor dekabrın 9-da da "Qarabağ” ordeni ilə təltif edilmişdi.


 

General-mayor Vüqar Əliverdiyevin isə ilk medalıdır./Qafqazinfo

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO