Avstriyanın daha 3 futbolçusu millimizlə oyunu buraxacaq

Avstriyanın daha 3 futbolçusu millimizlə oyunu buraxacaq

Hazırda oxunan: Avstriyanın daha 3 futbolçusu millimizlə oyunu buraxacaq

126530

Avro-2024-ün seçmə mərhələsində ilk oyununu millimizə qarşı keçirəcək Avstriya yığmasının daha üç futbolçusu heyətdən kənarlaşdırılıb. 

Bizim.Media yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Filip Linxart ("Frayburq"), Matias Honsak ("Darmştadt") və  Marko Arnautoviç ("Bolonya") zədə səbəbindən millinin düşərgəsini tərk edib. 

Onların əvəzinə "Verder"dən Romano Şmid, "Salernitana"dan Flavius Danilyuka dəvət göndərib. 

Qeyd edək ki, bundan əvvəl "Lask"ın qapıçısı Aleksander Şlager də zədə səbəbdən heyətdən kənarlaşdırılıb. 

Avstriya millisi martın 24-də Azərbaycan, martın 27-də isə Estoniya yığmasını qəbul edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO