İrəvanda ölkəmizi bu ağır atletlərimiz TƏMSİL EDƏCƏK – SİYAHI  

İrəvanda ölkəmizi bu ağır atletlərimiz TƏMSİL EDƏCƏK – SİYAHI  

Hazırda oxunan: İrəvanda ölkəmizi bu ağır atletlərimiz TƏMSİL EDƏCƏK – SİYAHI  

126477

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatı üçün sifariş ərizəsini təqdim edib. 

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, heyətdə kişilərdən İsa Rüstəmov (67), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq), qadınlardan isə Nazilə İsmayılova (49 kq) yer alıb. 

AAAF-in Mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev bildirib ki, bu, ilkin siyahıdır və yarışa həmin idmançılardan kimlərin qatılacağı dəqiq deyil. 

Qeyd edək ki, yarış aprelin 15-dən 23-dək keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO