Beynəlxalq Tennis Federasiyası (İTF) Rusiyanı təmsil edən İvan Mixaylukla Darya Mişinanı dikskvalifikasiya edib.
Bizim.Media xəbər verir ki, buna hər iki raketka ustasının antidopinq qaydalarını pozması səbəb olub.
24 yaşlı Mixayluk dopinq-testdən keçməkdən imtina etdiyinə görə belə bir cəzaya məruz qalıb. 2022-ci ilin yanvarın 14-dən qüvvəyə minən cəza 2026-cı ilin yanvarın 13-də yekunlaşacaq. Bu günə qədər Mixayluk 2018-ci ildə cüt yarışında titul qazanmışdı.
29 yaşlı Mişinanın orqanizmində isə qadağan olunmuş testosteron maddəsi tapılıb. Onun cəza müddəti isə oktyabrın 16-da yekunlaşacaq. Mişina bu günə qədər 7 müxtəlif İTF turnirinin qalibi olub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
21:15 / 19.03.2023
Rusiyalı tennisçilər diskvalifikasiya edildi - FOTO
Hazırda oxunan: Rusiyalı tennisçilər diskvalifikasiya edildi - FOTO
Hazırda oxunan: Rusiyalı tennisçilər diskvalifikasiya edildi - FOTO
126397
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.