Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
Bizim.Media xəbər verir ki, 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda qalib gəlib.
MÖVZU İLƏ BAĞLI:
Avropa çempionatında sərbəst güləşçilərimizin rəqibləri müəyyənləşib
Bir gün əvvəl bütün rəqiblərini üstələyərək finala adlayan Bayramov həlledici görüşdə moldovalı Vasile Diakondan güclü olub.
Bu, sərbəst güləş üzrə Azərbaycan yığmasının qitə birinciliyində 5-ci medalı olub.
Daha əvvəl Maqomed-Başir Xaniyev (70 kq), İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, bu gün Fərid Cabbarov (86 kq) təsəlliverici görüşdə Moldova təmsilçisi İvan İçizliyə uduzaraq, üçüncülük şansını əldən verib.
Bizim.Media