“Sabah” 50-ci qələbəsini qazandı

“Sabah” 50-ci qələbəsini qazandı

Hazırda oxunan: “Sabah” 50-ci qələbəsini qazandı

126362

“Sabah” futbol klubu Azərbaycan Premyer Liqasında 50-ci qələbəsini qazanıb. Bu, mövsümün XXVII turuna təsadüf edib.

Bizim.Media Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Bakı klubu səfərdə “Zirə”yə 2:0 hesabı ilə qalib gəlib. 

Paytaxt təmsilçisi 131-ci qarşılaşmada “50”yə çatıb. “Sabah” ölkə çempionatları tarixində ən azı 50 dəfə qalib gələn 24-cü komanda olub. Bu, həm də 25-ci səfər qələbəsi kimi tarixə düşüb. “Sabah” rəqib meydanında 66 dəfə qüvvəsini sınayıb.
Qeyd edək ki, Premyer Liqada ilk qələbə 2018-ci il avqustun 12-də qeydə alınıb. Həmin gün “Sabah” səfərdə “Keşlə”ni (indiki “Şamaxı”) 1:0 hesabı ilə məğlub edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO