Bu gün Azərbaycan Basketbol Liqasında 22-ci turun daha iki oyunu baş tutub.
Bizim.Media xəbər verir ki, günün ilk oyunu Astarada yerli “Zirvə Astara” ilə “Sabah” arasında keçirilib.
Oyuna fəal başlayan paytaxt klubu rəqibi üzərində 87:65 hesablı qələbə qazanaraq ilk pillədəki mövqeyini qoruyub.
Ən məhsuldar basketbolçular “Zirvə Astara”dan Zo Tayson (16 xal, 8 ribaund), “Sabah”dan isə Entoni Patti (28 xal, 18 ribaund) olublar.
Günün ikinci oyunu Sərhədçi İdman Mərkəzində NTD və “Sərhədçi” basketbolçuları arasında keçirilib. Gərgin qarşılaşmanın sonunda NTD 76:73 hesablı qələbə qazanıb.
Ən məhsuldar basketbolçular NTD-dən Ceremi Heys (18 xal, 10 ribaund), “Sərhədçi”dən Brendon Miller (21 xal, 9 asist) olublar.
22-ci tura sabah “Olimpik Şəki” – “Gəncə” oyunu ilə yekun vurulacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media