Elmar Baxşıyevin yubiley oyunu

Elmar Baxşıyevin yubiley oyunu

Hazırda oxunan: Elmar Baxşıyevin yubiley oyunu

126263

Misli Premyer Liqasının 27-ci turu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev üçün əlamətdar olub.  

Bizim.Media klubun saytına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis “qırmızı-qaralar”ı 100-cü çempionat matçına çıxarıb.  

Bu, “Şamaxı” ilə ev görüşünə təsadüf edib.  

Qəbələ şəhər stadionundakı görüşdə komanda 2:0 hesablı qələbə qazanıb. Baxşıyevin rəhbərliyi altındakı 100 görüşdə 31-ci qalibiyyəti olub. “Qəbələ” bu müddətdə 33 heç-heçə edib və 36 dəfə uduzub. 
Baxşıyev Premyer Liqada 100 və daha çox görüşdə “qırmızı-qaralar”a rəhbərlik edən üçüncü mütəxəssisdir. Onadək Ramiz Məmmədovla Roman Qriqorçuk da “100”ü arxada qoyub.

Xatırladaq ki, baş məşqçinin debütü 2019-cu il sentyabrın 14-də gerçəkləşib. Həmin gün “Qəbələ” səfərdə “Sabah”a qalib gəlib – 1:0. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO