Xorvatiya Futbol Federasiyası millinin baş məşqçisi Zlatko Daliçlə yeni müqavilə imzalayıb.
Bizim.Media qurumun saytına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssislə 2024-cü ildə başa çatacaq bundan əvvəlki müqavilənin müddəti 2026-cı ilə qədər uzadılıb.
MÖVZU İLƏ BAĞLI:
İlin ən yaxşı məşqçisi açıqlandı
Qeyd edək ki, Z.Daliç 2017-ci ildən Xorvatiya millisini çalışdırır. Onun rəhbərliyi altında yığma DÇ-2018-i 2-ci, DÇ-2022-ni 3-cü pillədə başa vurub.
Bizim.Media