Boks Federasiyasının prezidenti Sahil Babayev NAXÇIVANDA 

Boks Federasiyasının prezidenti Sahil Babayev NAXÇIVANDA 

Hazırda oxunan: Boks Federasiyasının prezidenti Sahil Babayev NAXÇIVANDA 

126004

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev Naxçıvan Muxtar Respublikasının Boks Federasiyasında olub, Federasiyanın rəsmiləri, məşqçiləri və idmançılarla görüşüb.

Bizim.Media xəbər verir ki, Olimpiya İdman Kompleksində keçirilən görüşdə ölkəmizin boks idman növündə ötən il əldə etdiyi uğurlar, Azərbaycan boksçularının 2022-ci ildə beynəlxalq yarışlarda 30-u qızıl, 20-si gümüş olmaqla ümumilikdə 77 medal qazandığı, o cümlədən Avropa çempionatında 5-i qızıl olmaqla, 18 medal əldə etdiyi bildirilib.

Müxtəlif yaş qrupları üzrə milli komandalarımızın 15 yarışda 161 boksçu ilə təmsil olunduğu, onlardan 59-nun Avropa çempionatlarında, 102-nin beynəlxalq turnirlərdə iştirak etdiyi, boksçularımızdan 48 faizinin həmin yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldırdığı diqqətə çatdırılıb.

ABF-in prezidenti Sahil Babayevə Naxçıvan MR Boks Federasiyasının fəaliyyəti, Naxçıvan boksçularının əldə etdiyi nailiyyətlər, həmçinin boksçuların təlim-məşqlərinin təşkili və s. üzrə görülən işlər barədə məruzə edilib.
Naxçıvan MR-da boks idman növü üzrə mövcud infrastrukturun, təlim-məşq zallarının vəziyyəti və təchizatı, idmançıların təlim məşqlərinin təşkili və məşqlərə davamiyyət, məşqçi-müəllim heyətinin fəaliyyəti, boksçuların digər bölgələrdə təşkil olunan yarış və təlim-məşq toplanışlarında müntəzəm iştirakına şərait yaradılması və s. ilə bağlı məsələlər müzakirə edilib.

Muxtar Respublikada boks idman növünün inkişafı və kütləviliyinə nail olunması, maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub, müvafiq tövsiyə və tapşırıqlar verilib. 

Sonda boksçulara idman geyimləri və hədiyyələr təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO