"Qarabağ" - "Qalatasaray" oyununa 7 saata 40 min bilet satıldı

Hazırda oxunan: "Qarabağ" - "Qalatasaray" oyununa 7 saata 40 min bilet satıldı

125960

"Qarabağ" - "Qalatasaray" xeyriyyə matçının biletləri bu gün satışa çıxarılıb. 

Bizim.Media xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az-a açıqlamasında bildirib ki, artıq 40 mindən çox bilet satılıb (biletin bu gün satışa çıxarılmasından 7 saat ərzində). 

Qeyd edək ki, martın 26-ı Bakı Olimpiya Stadionunda keçiriləcək sözügedən görüş saat 20:00-da başlayacaq. Bilet satışından əldə olunacaq gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün göndəriləcək. 

Satış məntəqələri:  

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları; 
Iticket.az-ın satış məntəqələri; 
“Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu. 

Biletləri iticket.az-dan da əldə edə bilərsiniz. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO