Avropa çempionatında sərbəst güləşçilərimizin rəqibləri müəyyənləşib

Avropa çempionatında sərbəst güləşçilərimizin rəqibləri müəyyənləşib

Hazırda oxunan: Avropa çempionatında sərbəst güləşçilərimizin rəqibləri müəyyənləşib

125946

Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir. 

Bizim.Media xəbər verir ki, sabah sərbəst güləş üzrə mübarizəyə start veriləcək.  

Bu gün güləşin bu növü üzrə püşkatma mərasimi keçirilib.  

57 kq 1/4 final Nurəddin Novruzov – Gennadi Diuvenji (Moldova)  

61 kq 1/4 final Ayxan Abdullazadə - Emre Kural (Türkiyə) / Andrey Vitan (Moldova)  

65 kq Təsnifat mərhələsi Rəşid Babazadə - Veniamin Borzin (Moldova)  

70 kq 1/8 final Maqomed-Başir Xaniyev – Narek Poqosyan (Ukrayna)  

74 kq Təsnifat mərhələsi Turan Bayramov – Nikolay Dimitrov (Bolqarıstan)  

79 kq 1/4 final Səbuhi Əmiraslanov – Radomir Stoyanov (Bolqarıstan) / Mateuş Pedziçki (Polşa)  

86 kq 1/4 final Fərid Cabbarov – Knyaz İboyan (Ermənistan) / İvan İçizli (Moldova)  

92 kq 1/4 final Abdulcəlil Şabanov – Recep Haydari (Şimali Makedoniya) / İon Demian (Moldova) 

97 kq Təsnifat mərhələsi İslam İlyasov – Ertuğrul Ağca (Almaniya)  

125 kq Təsnifat mərhələsi Vaxit Qalayev – Uveys Feyzulahu (Şimali Makedoniya)  

Qeyd edək ki, 57, 65, 70, 79, 97 kq-da yer alan sərbəst güləşçilər xalçaya çıxacaq. Növbəti gün isə digər çəkilərdəki pəhləvanlar mübarizəyə qoşulacaq. Qitə birinciliyinə martın 19-da yekun vurulacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO