"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi

Hazırda oxunan: "Qarabağ" "Sumqayıt"ı darmadağın etdi

125721

Bu gün Misli Premyer Liqasında XXVII tura start verilib.  

Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.  

Artıq bu oyunlardan biri başa çatıb. Əvvəlcə lider “Qarabağ” səfərdə “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Ağdam təmsilçisi səfərdə darmadağına imza atmaqla zirvədəki mövqeyini daha da möhkəmləndirib.  
Bu gün baş tutacaq digər oyunda “Zirə” “Sabah”ı qəbul edəcək. “Neftçi” – “Kəpəz” və “Səbail” – “Turan Tovuz” oyunları sabah, “Qəbələ” – “Şamaxı” qarşılaşması isə martın 17-də keçiriləcək. Misli Premyer Liqası XXVII tur 15 mart “Sumqayıt” – “Qarabağ” 0:6  

Qol: L.Andrade, 7; 49. M.Qurbanlı, 12; 45+3. A.Zubir, 21. R.Cica, 87. 

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Rəhman İmami, Nicat İsmayıllı  

“Kapital Bank Arena”, 18:00.  

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Kərim Abubakar, 22. Dieqo Karioka, 7. Terrens Tisdel, 71. Masaki Murata.  

Ehtiyat oyunçular: 25. İlnur Vəliyev, 56. Ayxan Qocayev, 10. Vüsal İsgəndərli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 23. Kamran Əliyev  

Baş məşqçi: Samir Abasov.  

Qarabağ: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda (k), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Julio Romao, 15. Leandro Andrade.  

Ehtiyat oyunçular: 94. Ayhan Arazlı, 19. Filip Ozobiç, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 99. Redon Cica.  

Baş məşqçi: Qurban Qurbanov. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO