Qadın şahmatçılarımız Monteneqroya yollanır

Qadın şahmatçılarımız Monteneqroya yollanır

Hazırda oxunan: Qadın şahmatçılarımız Monteneqroya yollanır

125636

Martın 18-də Monteneqronun Petrovaç şəhərində qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcək. 

Bizim.Media xəbər verir ki, 11 turdan ibarət qitə çempionatında 35 ölkə iştirak edəcək. 

Azərbaycanı qitə çempionatında Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova, Mələk İsmayıl, Nazlı Hümbətova və Lalə Hüseynova təmsil edəcək. 
Avropa çempionatının ümumi mükafat fondu 60 min avro təşkil edir. Qitə çempionatına martın 29-da yekun vurulacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO