Güləşçimiz Avropa ikincisi oldu

Güləşçimiz Avropa ikincisi oldu

Hazırda oxunan: Güləşçimiz Avropa ikincisi oldu

125563

Rumıniyanın Buxarest şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb. 

Bizim.Media xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.  

Xasay Həsənli (77 kq) qitə birinciliyinə inamlı start verib. Ötən il analoji yarışın qalibi olan pəhləvanımız əvvəlcə türkiyəli Şahan Acara (10:0), daha sonra isə litvalı Aistis Liauqminasa (9:0) tam üstünlüklə qalib gəlib.  
Yarımfinalda ukraynalı Nikita Politayevdən (5:1) güclü olan Həsənli finalda moldovalı Aleksandrin Qutu ilə üz-üzə gəlib. Rəqibinə 3:6 hesabıyla məğlub olan Xasay Avropa ikincisi olub. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO