Basketbol üzrə Yüksək liqada bir oyun keçirilib.
Bizim.Media xəbər verir ki, martın 14-də Sərhədçi İdman Mərkəzində 16-cı turdan təxirə salınmış oyunda "Zirvə Astara" və "Gəncə" komandaları qarşılaşıb.
Əlavə vaxta gedən oyunun sonunda "Gəncə" rəqibi üzərində 109-104 hesablı qələbə qazanaraq, turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.
Ən məhsuldar basketbolçular: "Zirvə Astara BK" (Derin Conson - 24 xal, 4 ribaund), "Gəncə BK" (Cared Smol - 32 xal, 8 ribaund) seçiliblər.
Rəşad Rafiqoğlu, Bizim.Media