Üç güləşçimiz yarımfinala YÜKSƏLDİ - Avropa çempionatı

Üç güləşçimiz yarımfinala YÜKSƏLDİ - Avropa çempionatı

Hazırda oxunan: Üç güləşçimiz yarımfinala YÜKSƏLDİ - Avropa çempionatı

125498

Azərbaycanın üç yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib. 

Bizim.Media xəbər verir ki, Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl medal qazanmaq şansını davam etdirirlər. 

Yarışa 1/4 finaldan başlayan Elmir Əliyev türkiyəli Mert İlbarsı çətinliklə üstələyib. O, final yolunda Dmitri Xaçidze (Gürcüstan) ilə qarşılaşacaq. 

Qurban Qurbanov təsnifat mərhələsindən etibarən ardıcıl olaraq Luka Malobabiç (Xorvatiya), İqor Botez (Rumıniya) və Yoni Komppanı (Finlandiya) məğlubiyyətə uğradıb. Qurbanovun da yarımfinaldakı rəqibi Gürcüstan təmsilçisi olacaq. Güləşçi Giorgi Çxikvadze ilə münasibətlərinə aydınlıq gətirəcək. 

Murad Əhmədiyev isə 1/8 finaldan yarışa qoşulub. O, əvvəlcə serbiyalı Luka Katiçə, daha sonra isə ukraynalı Aleksandr Yevdokimova qalib gəlib. Əhmədiyev yarımfinalda Almaniya idmançısı Lukas Lazoqianislə görüşəcək. 
67 kq çəki dərəcəsində yarışan Həsən Məmmədli 1/8 finalda Mixail Portmannı (İsveçrə) üstələsə də, növbəti raundda türkiyəli Mustafa Yıldırıma məğlub olub. Türkiyə təmsilçisi finala yüksəlsə, Məmmədli bürünc medal şansını davam etdirəcək. 

İsmayıl Rzayev (82 kq) isə ilk görüşündəcə 1/8 final çərçivəsində Norveç təmsilçisi Eksaus Mukubuya yenilib. Yarımfinala qədər irəliləyən Mukubu finala adlasa, Rzayev təsəlliverici görüşdə mübarizə aparacaq. 

Bu gün təsəlliverici görüşə qatılan Sərxan Məmmədov (130 kq) rumıniyalı Gean Aliyə qalib gəlib. Məmmədov bürünc medal uğrunda Muhammet Bakırla (Türkiyə) duelə çıxacaq. 

Bir gün əvvəl 77 kq çəki dərəcəsində finala yüksələn Xasay Həsənli isə bu gün həlledici görüşdə moldovalı Aleksandrin Qutunu sınağa çəkəcək.

Bizim.Meda

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO