Serbiyalı tennisçi 9-cu dəfə “Australian Open” turnirinin qalibi oldu

Serbiyalı tennisçi 9-cu dəfə “Australian Open” turnirinin qalibi oldu

Hazırda oxunan: Serbiyalı tennisçi 9-cu dəfə “Australian Open” turnirinin qalibi oldu

12546

Tennis üzrə "Australian Open"də kişilərin fərdi mübarizəsinin qalibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu, serbiyalı Novak Cokoviçdir. 33 yaşlı raketka ustası finalda rusiyalı Daniil Medvedevə 3 setdə qalib gəlib - 7:5, 6:2, 6:2.

Beləliklə, Cokoviç karyerasında 18-ci dəfə Böyük Dəbilqə seriyalı turnirlərin qalibi olub.

Bunların yarısı və ardıcıl üçüncüsü "Australian Open"ə təsadüf edib.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 61 milyon dollar təşkil edib. Qadınların fərdi mübarizəsində qalib adını yaponiyalı Naomi Osaka qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO