Bakıda Beynəlxalq Şahmat Festivalı keçiriləcək

Bakıda Beynəlxalq Şahmat Festivalı keçiriləcək

Hazırda oxunan: Bakıda Beynəlxalq Şahmat Festivalı keçiriləcək

125453

Bakı daha bir mötəbər yarışa ev sahibliyi edəcək.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalı keçiriləcək.

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan mötəbər turnir Baku Crystal Hall-da olacaq.

Festivalda şahmatçılar reytinqə uyğun olaraq üç qrup üzrə (A,B və C) mübarizə aparacaq. Hər üç qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 55 000 ABŞ dolları təşkil edir. Yarışın A qrupunun qalibi olan şahmatçı 12 min ABŞ dolları və xüsusi hazırlanan kuboku qazanacaq.
C qrupunda hər yaş üzrə qaliblər Rumıniyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam ediləcək.

Yarışda ilk tur mayın 4-də saat 14-30-da başlayacaq. Festivala mayın 12-də yekun vurulacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO