Bakıda mini futbol üzrə beynəlxalq turnir keçiriləcək

Bakıda mini futbol üzrə beynəlxalq turnir keçiriləcək

Hazırda oxunan: Bakıda mini futbol üzrə beynəlxalq turnir keçiriləcək

125450

Azərbaycan Mini futbol Federasiyasının (AMF) dəstəyi ilə may ayının 1-dən 6-dək Bakıda beynəlxalq turnir keçiriləcək. 

Bizim.Media federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir may ayının 1-də start götürəcək. 

Turnirdə Azərbaycanla yanaşı, Çexiya, Cənubi Afrika Respublikası, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Serbiya, Türkiyə və Ukrayna milliləri iştirak edəcək. 
Yarışın qalibi may ayının 6-da müəyyənləşəcək. 

Qeyd edək ki, oyunları beynəlxalq dərəcəli yerli və əcnəbi hakimlər idarə edəcəklər. 

Oyunlar Bakı Tennis Akademiyasında keçiriləcək.


Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO