Paralimpiyaçımız qızıl medal qazanıb

Paralimpiyaçımız qızıl medal qazanıb

Hazırda oxunan: Paralimpiyaçımız qızıl medal qazanıb

125330

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) paracüdo üzrə milli komandasının üzvü Namiq Abaslı Qran-Pri turnirində birinci yeri tutub.  

Bizim.Media xəbər verir ki, Misirin İsgəndəriyyə şəhərində keçirilən yarışda 73 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz əvvəlcə yarımfinalda yaponiyalı rəqibi Y.Setonu ipponla məğlub edərək finala vəsiqə qazanıb.  

İdmançımız həlledici görüşdə qazaxıstanlı rəqibinə də ipponla qalib gələrək, birinci olub.

Martın 16-dək davam edəcək turnir “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO