5 güləşçimiz Avropa çempionatında mübarizəyə başlayacaq

5 güləşçimiz Avropa çempionatında mübarizəyə başlayacaq

Hazırda oxunan: 5 güləşçimiz Avropa çempionatında mübarizəyə başlayacaq

125168

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatına start veriləcək.

Bizim.Media xəbər verir ki, yarışın ilk üç günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.

Çempionatın ilk günündə beş güləşçimiz mübarizəyə başlayacaq. Belə ki, Rahim Həsənov (55 kq) Karapet Manvelyan (Ermənistan) - Sabolç Losonç (Serbiya) cütünün qalibi, Ziya Babaşov (63 kq) ermənistanlı Sahak Hovannisyan, Xasay Həsənli (77 kq) Şahan Acar (Türkiyə), Məhəmməd Əhmədiyev (87 kq) Gürcüstan təmsilçisi Açika Bolkvadze, Sərxan Məmmədov (130 kq) isə ukraynalı Mixaylo Vişnivetski ilə qarşılaşacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO