Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) 2023-cü il 11 mart tarixində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində ölkə birinciliyi təşkil edib.
Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, Gənclər Kuboku adı altında təşkil olunan turnirdə Mingəçevir və Bakıdan olan 2005-2010-cu il təvəllüdlü 80 nəfər yeniyetmə və gənc idmançı ölkə birinciliyi uğrunda mübarizə aparıb.
Avarçəkənlər akademik, kayak və kanoe növlərində yarışıblar. Turnirin qalibləri diplom və medallarla mükafatlandırılıblar. Həmçinin yarışı izləməyə gələn tamaşaçılara da müxtəlif hədiyyələr təqdim olunub.
Qeyd edək ki, 4-7 may “Prezident Kuboku-2023” beynəlxalq reqatası öncəsi təşkil olunan bu yarış həm də idmançıların hazırlıq səviyyəsini yoxlamaq məqsədi daşıyır.
“Gənclər Kuboku”nda fərqlənən idmançılar “Prezident Koboku” beynəlxalq reqatasında iştirak hüququ qazanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:17 / 11.03.2023
Mingəçevirdə avarçəkmə üzrə Gənclər Kuboku keçirildi - FOTO
Hazırda oxunan: Mingəçevirdə avarçəkmə üzrə Gənclər Kuboku keçirildi - FOTO
Hazırda oxunan: Mingəçevirdə avarçəkmə üzrə Gənclər Kuboku keçirildi - FOTO
125034
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.