Paris Olimpiadası üçün 3,2 milyon bilet satılıb

Paris Olimpiadası üçün 3,2 milyon bilet satılıb

Hazırda oxunan: Paris Olimpiadası üçün 3,2 milyon bilet satılıb

124900

Gələn il Parisdə keçiriləcək Yay Olimpiya oyunları üçün 3,2 milyon bilet satılıb.

Bizim.Media xəbər ki, satışa fevralın 15-dən start verilib.

Biletləri 158 ölkənin vətəndaşları alıb. Onlardan 2/3 hissəsinə fransızlar sahib çıxıb.

Biletlərin 13 faizi 24 avro, 70 faizi 100 avroya qədər, 4 faizi isə 200 avrodan artıq qiymətə satılıb. Martın 15-dən isə 1,5 milyon bilet satışa çıxarlıacaq.

Olimpiadanın təşkilatçıları ümumilikdə 10 milyon bilet satışından 1,4 milyard avro gəlir əldə etməyi planlaşdırır.

Xatırladaq ki, Paris Olimpiadası gələn il iyulun 26-dan avqustun 11-nə qədər keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO