Karateçilərimiz Konyada beynəlxalq turnirdə iştirak EDƏCƏK 

Karateçilərimiz Konyada beynəlxalq turnirdə iştirak EDƏCƏK 

Hazırda oxunan: Karateçilərimiz Konyada beynəlxalq turnirdə iştirak EDƏCƏK 

124776

Mart 10-dan 12-nə qədər Türkiyənin Konya şəhərində mövsümün 2-ci Karate1 Seriya A turniri keçiriləcək.

Bizim.Media xəbər verir ki, nüfuzlu yarışda 10 idmançımız, o cümlədən qadınlar arasında Xumar Əlibəyova (50 kq), Suada Kərimova (55 kq), kişilər arasında isə Mircəlal Ələsgərov, Ramil Baxşəliyev (60 kq), Hüseyn Məmmədli (67 kq), Samir İbrahimova, Məcid Əmirov, Tural Ələkbərli, Tale Yaqubov və Nicat Kərimli (75 kq) mübarizə aparacaq.

Milli komandanın üzvlərini AMKF-in Sumqayıt şəhəri üzrə nümayəndəsi Akif Kərimov müşaiyət edəcək. 

Konyadakı turnirdə 76 ölkədən mindən artıq karateçi iştirak edir. Karate1 silsiləsindən Seriya A turnirlərində dünya reytinqinin 32-ci pilləsindən aşağı yer tutan idmançılar mübarizə aparır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO