“Sportiko” idman jurnalı dünya idman tarixində ən varlı idmançıların siyahısını tərtib edib.
Bizim.Media xəbər verir ki, reytinqə ulduz basketbolçu Maykl Cordan başçılıq edir.
Vaxtilə NBA-də xariqələr yaradan Cordan, karyerası ərzində 3,3 milyard dollar vəsait qazanıb.
Maraqlıdır ki, siyahıda sonrakı 3 yerdə qolf ustaları qərarlaşıb. Vaxtilə ən varlı idmançılar arasında uzun müddət lider olan Tayqer Vuds indiyə qədər 2,5 milyard dollar qazanc əldə edib.
Onun digər həmkarları Arnold Palmer 1,7 milyard dollar, Cek Niklaus isə 1,63 milyard dollar gəlirlə 3-cü, 4-cü yerlərdə qərarlaşıblar.
Böyük pulların dövran etdiyi futbol sahəsinin nümayəndələrinin reytinqə ancaq 5-ci yerdən qoşula bilməsi isə müzakirə mövzusudur. Hazırda illik 200 milyon avro qazanan Kriştiano Ronaldo bu vaxta kimi şəxsi büdcəsinə 1,58 milyard dollar vəsait daxil edib.
Karyerasını davam etdirən ulduz basketbolçu Lebron Ceyms isə 1,53 milyardlıq gəlirlə Ronaldodan sonra gəlir. Bu il komandası ilə dünya çempionu olan argentinalı futbol ulduzu Lionel Messi 1,48 milyard dollarlıq gəlirlə 7-ci pillədədir. İlk onluqda həmçinin Amerikalı boksçu Fleyd Meyvezer, isveçrəli tennisçi Rocer Federer və digər bir qolfçu amerikalı Fil Mikelson da yer alıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:53 / 10.03.2023
Tarixin ən varlı idmançılarının adları AÇIQLANDI
Hazırda oxunan: Tarixin ən varlı idmançılarının adları AÇIQLANDI
Hazırda oxunan: Tarixin ən varlı idmançılarının adları AÇIQLANDI
124737
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.