Birinci divizionda 20-ci tur başladı

Birinci divizionda 20-ci tur başladı

Hazırda oxunan: Birinci divizionda 20-ci tur başladı

124310

Futbol üzrə Azərbaycan I Divizionunda XX tura start verilib.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşmanın keçirilməsi nəzərdə tutulsa da, bunlardan üçü baş tutub.

“Şamaxı-2” – “Mingəçevir” oyunu qonaq komandanın avtobusunun qəzaya uğraması səbəbindən təxirə salınıb.

“Zirə-2” doğma meydanda “Qəbələ”nin əvəzedicilərinə, “Zaqatala” isə “Neftçi”nin ikinci komandasına uduzub.

“Kəpəz”in əvəzediciləri də MOİK-lə ev oyununda 4 cavabsız qola sevinib.

I Divizion XX tur 7 mart Zirə-2 – Qəbələ-2 2:4

Qol: Zöhrab Əsədov, 11. Samir Ağayev, 77 – Hüseyn Mürsəlov, 15. Sənan Ağalarov, 22; 57. Salman Ələsgərov, 90+5-pen.

“ASK Arena”, 13:00

Kəpəz-2 – MOİK 4:0

Qol: Elnur Cəfərov, 38. Samir Məhərrəmli, 42. Nicat Məmmədov, 54. Oqtay Məmmədov, 76.

Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00

Şamaxı-2 – Mingəçevir (təxirə salınıb)

Şamaxı şəhər stadionu, 15:00

Zaqatala – Neftçi-2 1:3

Qol: Cəlal Cəbrayılov, 63 – Oruc Məmmədov, 45+2. Həbib İsmayılov, 52. Elşad Tağıyev, 81.

Zaqatala OİK stadionu, 15:00

8 mart

İmişli – Qaradağ Lökbatan

Saatlı OİK stadionu, 15:00

Qarabağ-2 – Səbail-2

Binə qəsəbə stadionu, 15:00

Sumqayıt-2 – Araz Naxçıvan

Sumqayıt şəhər stationu (ehtiyat meydança), 15:00

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO